Müstəqil Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibovun vəfatı ağır itkidir.
Bunu Modern.az-a açıqlamasında eks-prezidentin nəvəsi Tahir Mütəllibov bildirib.
“5 ay idi ki, xəstəlikdən əziyyət çəkirdi. Son üç gün ərzində vəziyyəti ağır idi. Dünən axşam saat 10-da vəfat etdi. Ayaz Mütəllibovun vəfatı bizim üçün ağır itkidir”, - deyə o bildirib.
T.Mütəllibov sabiq prezidentin hər hansı vəsiyyətinin olmadığını söyləyib.
Qeyd edək ki, 84 yaşlı eks-prezident ötən gecə uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. O, 1991-92-ci illərdə Azərbaycan Respublikasının Prezidenti olub.
Mərhum prezident bu gün Birinci Fəxri Xiyabanda dəfn edilib.
