Qara dənizdə, Rumınıyanın cənub-şərq sahilindən 70 kilometr məsafədə dəniz minası aşkar edilib.
Modern.az xəbər verir ki, bu barədə Rumıniyanın Hərb-Dəniz Qüvvələrinin qərargahı məlumat yayıb.
Qeyd olunur ki, minanın aşkar olunduğu əraziyə xüsusi gəmi və dalğıclar göndərilib. Daha sonra verilən məlumata görə, mina təhlükəsiz şəkildə zərərsizləşdirilib.
Xatırladaq ki, son bir neçə gün ərzində Türkiyə sahillərində bir neçə dəniz minası aşkar edilərək zərərsizləşdirilib.