Birlik rəhbərliyinin “Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Sumqayıt şəhərində təşkil olunacaq.
Bu barədə Birlikdən Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Sumqayıt şəhəri, H.Əliyev prospekti, 44-cü məhəllə ünvanında (“Kimyaçı Mədəniyyət Sarayı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
"Səyyar qəbul otağı” martın 30-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.