Modern.az

Türk Dövlətlərinin Diaspor Forumu başlayıb

Türk Dövlətlərinin Diaspor Forumu başlayıb

Aktual

28 Mart 2022, 16:04

Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Diaspor Forumu işə başlayıb.

 

Modern.az xəbər verir ki, Forum Türkiyənin Bursa şəhərində keçirilir.

 

Forumun açılışında Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistandan rəsmi şəxslər iştirak ediblər.

 

Açılışdan əvvəl türk dövlətlərinin və xalqlarının tarixini, mədəniyyətini, dəyərlərini, birliyini və həmrəyliyini əks etdirən film nümayiş olunub.

 

Rəsmi açılışda TDT Ağsaqqallar Şurasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Binəli Yıldırım, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəisi Abdullah Eren, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Bursa valisi Yakup Canpolat çıxış edib.

 

Xatırladaq ki, iki gün davam edəcək Forumda TDT-nin diaspor sahəsində gördüyü işlər təhlil olunacaq, qarşıya qoyduğu vəzifələr ətrafında müzakirələr aparılacaqdır.

 

Tədbirdə türk dövlətlərində diasporun tarixi və müasir vəziyyətinə dair panellər keçiriləcək.

 

İkinci Diaspora Forumunda iştirak edən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirdə çıxış edəcək.

 

Ümumilikdə isə tədbirə 12 ölkədən 70-dək nümayəndə qatılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı