Modern.az

150-dən çox toxumçuluq təsərrüfatı qeydiyyatdan keçib

150-dən çox toxumçuluq təsərrüfatı qeydiyyatdan keçib

Aktual

28 Mart 2022, 16:20

İndiyə qədər Azərbaycanda 150-dən çox toxumçuluq təsərrüfatı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçib.

 

Bu barədə Modern.az Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

 

Məlumata görə, həmin təsərrüfatlar 52 000 hektar sahə üzrə payızlıq əkinlər (toxumluq arpa və buğda) barədə məlumatlar EKTİS-ə daxil edib.

 

EKTİS-də “Toxum” modulu bu ildən fəaliyyətə başlayıb. Modulda toxumluq əkin bəyanlarının qəbulu, aprobasiyası, o cümlədən, istehsal olunmuş toxumların sertifikatlaşması kimi proseslərinin ayrı-ayrı mərhələləri elektronlaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı