Modern.az

Xəzər dənizinin səviyyəsi azalıb

Xəzər dənizinin səviyyəsi azalıb

Aktual

28 Mart 2022, 16:40

Fevral ayında Xəzər dənizinin Azərbaycan sektorunda dənizin orta aylıq səviyyəsi Baltik sistemi ilə -28,25 m, maksimal səviyyə -27,98 m, minimal səviyyə isə -28,48 m təşkil edib.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, 2022-ci ilin fevral ayında Neft Daşları İHMS–də səviyyənin orta aylıq qiyməti -42 sm olub. Keçən ilin fevral ayı ilə ( -9 sm ) müqayisədə səviyyədə enmə müşahidə edilib.

 

Fevral ayında maksimal sürəti açıq dənizdə 23 m/san, Abşeron yarımadasında 21 m/san olan şimal küləkləri qeydə alınıb.

 

Xəzərin Azərbaycan sektorunda fevral ayında açıq dəniz akvatoriyasında dəniz dalğalarının orta hündürlüyü 1,5 m, maksimal hündürlüyü isə 4,3 m olub.

Dəniz suyunun orta duzluluğu 9-12‰ arasında tərəddüd edir. Yay aylarında 11-12‰ arasındadır. Baxılan zaman intervalında duzluluğun orta qiyməti 9,69‰ təşkil edib.

 

Keçən ilin fevral ayı ilə (9,56‰) müqayisədə duzluluğun orta kəmiyyətində artma müşahidə olunub.

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar