"Azərbaycam Mədəniyyəti" sosial platformasının əməkdaşları - icraçı direktor Fidan Oruc Əliyeva və sədr müavini Mehriban Xəlilli Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Telesəhər” proqramnnda qonaq olublar.
Gənclər platformanın məqsədindən danışaraq qeyd ediblər ki, Azərbaycanın mədəniyyətini, onun milli-mənəvi dəyərlərini, soy kökünü təbliğ edir və sosial şəbəkələr vasitəsilə daha geniş kütləyə çatdırmaqla bərabər, eyni zamanda gənc nəsillərə milli ruhu, vətənpərliyi aşılayırlar.
Platformanın icraçı direktoru Fidan Oruc Əliyeva pandemiya dövründə boş dayanmadıqlarını, onlayn formatda konfranslar, görüşlər, digər tədbirlər keçirdiklərini bildirib. Onun sözlərinə "Azərbaycam Mədəniyyəti" sosial platformasının təkcə yerli qruplarla yox, xarici kontingentlə işləyən üzvləri xüsusilə də bayram ərəfəsində aktiv fəaliyyət göstəriblər.
Sədr müavini Mehriban Xəlilli platformanın ən çox diqqət çəkən, baxılan paylaşımlarının korifeylerin ifaları olduğunu bildirib. O, platformanın həm də vətənpərvərlik ruhunda işlər apardığını, ali məktəblərdə muğam gecələri təşkil etdiyini, sosial layihələrlə hər zaman dövlətin yanında olduğunu vurğulayıb.