Rusiya nümayəndə heyəti Ukrayna təmsilçiləri ilə görüş keçirmək üçün Türkiyəyə gedib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, Rusiya nümayəndələri artıq İstanbuldadır.
Qeyd edək ki, tərəflər Türkiyədə görüş barədə razılığa gəliblər. Daha əvvəl danışıqlar Belarus ərazisində aparılıb.