Modern.az

Daha 5 metro vaqonu istismardan çıxarıldı

Daha 5 metro vaqonu istismardan çıxarıldı

Aktual

28 Mart 2022, 17:12

2021-ci ildə Azərbaycanda istismar müddətini başa vurmuş 5 ədəd metro vaqonu istismardan çıxarılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatda deyilir.

 

Hesabatda qeyd edilir ki, ötən il 20 ədəd müasir metro vaqonu alınıb və ilin sonuna metro vaqonlarının inventar parkı 319 ədəd təşkil edib.

 

Hesabatda, həmçinin, ötən il metroda sərnişin dövriyyəsinin əvvəlki ilə nisbətən 20,8% faiz artdığı qeyd edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı