ABŞ Konqresindəki erməni və yunan lobbisi təkmilləşdirilmiş “F-16 Block 70” qırıcılarının Türkiyəyə satışına və Ankaranın F-16 təyyarələrinin modernləşdirilməsinə mane olur.
Modern.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar CNNtürk telekanalına müsahibəsində deyib.
“Biz bu məsələ ilə bağlı Amerika hərbi elitası ilə əlaqə saxlayırıq və müsbət yanaşmalar var, lakin məsələyə Konqresdə qərar veriləcək”, - o deyib.
Ankara ən son F-35 qırıcılarının alınmasına görə ödəniş edib, lakin Rusiyadan S-400-ləri aldıqdan sonra ABŞ sanksiyalar tətbiq edib və qırıcıların Türkiyəyə çatdırılmasına mane olub. Ödənilən pulla Türkiyə ən azı yeni F-16 almaq istəyir.