Modern.az

Bu ölkə Rusiyadakı səfirini geri çağırdı

Bu ölkə Rusiyadakı səfirini geri çağırdı

Aktual

28 Mart 2022, 17:44

Bolqarıstanın Rusiyadakı səfiri Atanas Krıstyev məsləhətləşmə üçün Sofiyaya çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kiril Petkov martın 28-də məlumat verib.

 

“Bu gün Moskvadan humanitar uçuş həyata keçirilib. Təyyarənin göyərtəsində Rusiyadakı səfirimiz də olub. O, məsləhətləşmələr üçün Sofiyaya qayıdıb. Təyyarənin göyərtəsində Bolqarıstanın daha 64 vətəndaşı olub”, - Baş nazir NATO-ya üzv olan Cənub-Şərqi Avropa dövlətlərinin hökumət başçılarının görüşünün yekunlarına həsr edilən mətbuat konfransında uyğun sualları cavablandırarkən deyib.

 

Onun sözlərinə görə, oxşar addımları NATO-dakı başqa müttəfiqlərin atacağı da gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı