Modern.az

Gürcüstanın Avropa İttifaqına üzvlük müraciəti qəbul edildi

Gürcüstanın Avropa İttifaqına üzvlük müraciəti qəbul edildi

Aktual

28 Mart 2022, 17:55

Avropa İttifaqı (Aİ) Gürcüstanın üzvlüyə namizəd statusu alması ilə bağlı müraciətini qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

 

“Növbəti addım Gürcüstana sorğunun göndərilməsi olacaq. Bu gün sənədi nə vaxt əldə edəcəyimizi dəqiq söyləyə bilmərik. Müxtəlif ölkələr üzrə sorğunun həcmi müxtəlifdir. Min və yaxud daha çox sual ola bilər. Sorğuya siyasi, iqtisadi, sosial və demokratikləşdirməyə dair suallar daxildir”,- deyə XİN başçısı vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı