Modern.az

ATƏT sədri Azərbaycana GƏLİR

ATƏT sədri Azərbaycana GƏLİR

Aktual

28 Mart 2022, 22:31

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bu həftə Cənubi Qafqaza səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.

 

Zbiqnev Raunun regona səfəri martın 29-dan aprelin 1-dək davam edəcək.

 

Səfər çərçivəsində o, Gürcüstan, Azərbaycan və Ermənistanda olacaq. Z.Rau Gürcüstanda prezident Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani və parlament sədrinin birinci müavini Giorgi Volski ilə görüşəcək.

 

O, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

 

Ermənistanda isə prezident Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

 

Səfər Cənubi Qafqaz regionunda dinc əməkdaşlıq, dialoq və sabitliyin təşviqinə yönələcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı