Modern.az

Ərdoğan Rusiya və Ukrayna nümayəndələri ilə görüşəcək

Ərdoğan Rusiya və Ukrayna nümayəndələri ilə görüşəcək

Aktual

28 Mart 2022, 23:10

Türkiyə Prezidenti Rəcəb Tayyib martın 29-da Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti görüşün İstanbulda keçirilməsini yüksək qiymətləndirib.

Modern.az xəbər verir ki, Ərdoğan bu barədə hökumətin iclasından sonra mediaya açıqlamasında deyib.

İstanbul görüşünü Rusiya və Ukraynanın dövlət rəhbərləri ilə aparılan mütəmadi danışıqların müsbət nəticəsi hesab edən Ərdoğan müzakirələrdən əvvəl hər iki nümayəndə heyəti ilə görüşəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndələri arasında növbəti görüş sabah İstanbulda baş tutacaq. Bundan əvvəl danışıqlar Belarusda keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı