Modern.az

Rusiya nüvə silahından istifadə etməyəcək - Peskov

Rusiya nüvə silahından istifadə etməyəcək - Peskov

Aktual

29 Mart 2022, 08:20

Rusiya Ukraynada heç bir halda nüvə silahından istifadə etmək fikrində deyil.

 

Modern.az-ın məlumatına görə, bunu "PBS" televiziya kanalına müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

"Heç kim nüvə silahının istifadəsini, hətta onlardan istifadə etmək fikrini düşünmür", - deyə o vurğulayıb.

 

Peskov xatırladıb ki, Rusiya nüvə silahından yalnız ölkənin mövcudluğuna təhlükəni aradan qaldırmaq lazımdırsa, istifadə edə bilər və istifadə edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...