Modern.az

Rusiyanın 17 hava hədəfi MƏHV EDİLDİ

Rusiyanın 17 hava hədəfi MƏHV EDİLDİ

Aktual

29 Mart 2022, 09:18

Ukrayna Silahlı Qüvvələri müəyyən istiqamətlərdə əks-hücumlara keçib. Həmçinin, Ukrayna aviasiyası rus işğalçılarının hərbi texnikasına və canlı qüvvəsinə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 29-da səhər yaydığı məlumatda deyilir.

 

"Müdafiə Qüvvələrinin qruplaşması Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində müdafiə əməliyyatını davam etdirir. Onların hamısında Ukrayna Silahlı Qüvvələri düşməni uğurla bloklayır, bəzi istiqamətlərdə qoşunlarımız uğurlu əks-hücumlar həyata keçirir. Düşmən məkrli şəkildə raket və bomba zərbələri endirməkdə davam edir, Ukrayna şəhərlərinin infrastrukturunu və yaşayış məntəqələrini tamamilə məhv etməyə çalışır. 

 

Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri 17 hava hədəfini - 8 təyyarə, 3 helikopter, 4 müxtəlif tipli PUA və 2 qanadlı raketi vurub. Hərbi Hava Qüvvələrinin aviasiyası düşmənin texnikası və canlı qüvvəsinin toplandığı yerlərə raket və bomba zərbələri endirib. Rus işğalçılarının itkiləri dəqiqləşdirilir”,- məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı