Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Gürcüstana işgüzar səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.
Səfər çərçivəsində Mirzoyan Gürcüstanın baş naziri İrakli Qaribaşvili, eləcə də gürcü həmkarı, baş nazirin müavini David Zalkaliani ilə görüşlər keçirəcək.