Modern.az

Rus qoşunları bu şəhərdən də 40 km uzağa qovuldu

Rus qoşunları bu şəhərdən də 40 km uzağa qovuldu

Aktual

29 Mart 2022, 09:32

Ukrayna müdafiə qüvvələri Rusiya qoşunlarını Krivoy Roq şəhərindən 40-60 kilometr geriyə sıxışdırıb.

 

Modern.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Hərbi Administrasiyanın rəhbəri Aleksandr Vilkul bildirib.

 

Ukrayna Silahlı Qüvvələri bölgədə daha bir neçə yaşayış məntəqəsini azad edib, demarkasiya xətti Xerson vilayəti ərazisinə keçirilib.

 

Vilkulun sözlərinə görə, döyüşlər nəticəsində Ukrayna hərbçiləri düşmənin texnikasını ələ keçirib.

 

"Şəhərdə vəziyyət sabitdir. Gördüyünüz kimi, şəhər yaşayır və işləyir. Bir çox ərazilərdə müdafiə mövqeləri qurulur", - Vilkul əlavə edib.

 

Vilkul vurğulayıb ki, “bizim strategiyamız düşməni uzaqlaşdırmaqdır”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı