Bu gün Rusiya və Ukrayna arasında növbəti danışıqlar keçiriləcək.
Modern.az xəbər verir ki, Türkiyədə keçiriləcək görüş mətbuata qapalı olacaq.
İkigünlük danışıqlar İstanbulun Dolmabağça sarayında Bakı vaxtilə saat 11:30-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl Türkiyə Prezident Administrasiyası Moskva və Kiyevin nümayəndə heyətlərinin İstanbulda görüş barədə razılığa gəldiklərini bildirib. Bundan öncəki görüşlər Belarusda keçirilib.