Modern.az

Rusiya Ukraynaya 1000-dən çox "Vaqner”çi yerləşdirib - Kəşfiyyat

Rusiya Ukraynaya 1000-dən çox

Aktual

29 Mart 2022, 09:46

Rusiya “Vaqner” özəl hərbi təşkilatın muzdlularını Ukraynanın şərqinə yerləşdirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən bildirib.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın döyüşlərə “Vaqner”in yüksək rütbəli rəhbərləri də daxil olmaqla 1000-dən çox muzdlu əsgərini cəlb edəcəyi gözlənilir.


“Ağır itkilər və xeyli ləngimiş işğala görə Rusiya çox güman ki, Afrika və Suriyadakı əməliyyatlardan çıxaracağı “Vaqner” muzdlularını Ukraynaya yönləndirmək məcburiyyətində qalıb”, - məlumatda deyilir.


Ukrayna rəsmiləri qeyd edirlər ki, “Vaqner” muzdlularının əsas məqsədi prezident Vladimir Zelenskiyə və baş nazir Denis Şmıxala sui-qəsd həyata keçirməkdir.


"Onlar Ukrayna rəhbərliyini - bizim prezidentimizi və baş nazirimizi öldürmək istəyirdilər. Məqsəd bu idi, onlardan bəziləri uğursuz şəkildə Ukraynaya göndərildi", - deyə Müdafiə Nazirliyinin rəsmisi Lubkivski bildirib.

O əlavə edib ki, bütün sübutlar Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilib. Ukrayna kəşfiyyatı yaraqlıları ölkədə və xaricdə izləyib, onlardan bir neçəsi məhv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı