Modern.az

Bakı məktəblərinə psixoloqlar seçilib

Bakı məktəblərinə psixoloqlar seçilib

Aktual

29 Mart 2022, 10:30

Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrinə psixoloqlar seçilib.


Modern.az xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsinin məlumatına görə, psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.


Test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 303 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.


Müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran 210 namizəd isə vakansiya seçimi edib.


Qeyd edək ki, məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı