“Rusiya ümid edir ki, Dağlıq Qarabağ ətrafında hazırkı vəziyyət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə başa çatacaq”.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında bildirib.
“Biz çox ümid edirik ki, bu vəziyyət sülh müqaviləsi ilə başa çatacaq, bunu ürəkdən arzu edirik”, - deyə Matvienko Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyanın mümkün sülhlə bağlı bəyanatlarını şərh edərkən vurğulayıb.