Rusiya tərəfi istisna etmir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlar üçün İstanbula gələn Moskva və Kiyev nümayəndə heyətlərinin görüşü çərçivəsində Qarabağdakı vəziyyətlə bağlı məsələ qaldıra bilər.
Modern.az xəbər verir ki, bu barədə “TASS”a danışıqların gedişi ilə tanış olan Rusiya mənbəsi bildirib.
“Ukraynalılara aidiyyatı olmasa da, o, bizimlə Qarabağda vəziyyətin gərginləşməsi mövzusunu müzakirə etmək üçün cəhd edə bilər”, - mənbə bildirib.
Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda görüşəcəklər.