Modern.az

Piyadanı maşınla öldürən sürücü TUTULDU

Piyadanı maşınla öldürən sürücü TUTULDU

Aktual

29 Mart 2022, 11:27

Martın 28-də saat 5 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yolu keçən Sabirabad rayon sakini Rauf Nəsirov “Toyota” markalı avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətmiş həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini A.Bağırov müəyyən edilərək saxlanılıb.

 

Hazırda faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı