Modern.az

İstanbulda Rusiya-Ukrayna danışıqları yekunlaşdı - YENİLƏNİB

İstanbulda Rusiya-Ukrayna danışıqları yekunlaşdı - YENİLƏNİB

Aktual

29 Mart 2022, 15:12

İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb.

 

Modern.az xəbər verir ki, əvvəlcə nümayəndə heyətlərinin rəhbərləri görüşüb, ardınca geniştərkibdə danışıqlar davam etdirilib. 

 

Rusiya və Ukrayna təmsilçilərinin növbəti görüşü Dolmabağça sarayında baş tutub. Hələlik danışıqların detalları məlum deyil. Görüşün 3 saat davam etdiyi bildirilir.

 

***

11:36

Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətləri rəhbərlərinin görüşü başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak tviter səhifəsində yazıb.

 

“Hazırda Ukrayna nümayəndə heyətinin üzvü David Araxamia və Rusiya prezidentinin köməkçisi Vladimir Medinski görüşür. Onlar danışıqlar prosesinin əsas müddəaları haqqında müzakirə aparacaqlar”,-Podolyak bildirib.

 

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda görüş keçirirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı