Modern.az

Adminstrasiyanın Qəbul Mərkəzinə necə getmək olar? - FOTO

Adminstrasiyanın Qəbul Mərkəzinə necə getmək olar? - FOTO

Aktual

29 Mart 2022, 11:46

Prezident Administrasiyasının yeni istifadəyə verilən Vətəndaş Qəbulu Mərkəzinə hansı avtobusların getdiyi açıqlanıb.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, Mərkəzə 4 marşrut avtobusu ilə getmək mümkündür.

 

Bunlar 17, 24, 27, 211 saylı avtobuslardır. Həmçinin bildirilib ki, 2, 7A, 7B, 93 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar da Mərkəzin yaxınlığından keçir.

 

Qeyd edək ki, mart ayının 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib. Mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı