Modern.az

Ərdoğan Özbəkistana getdi

Ərdoğan Özbəkistana getdi

Aktual

29 Mart 2022, 11:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərə yola düşüb.

 

Modern.az xəbər verir ki, Türkiyə lideri Özbəkistanın paytaxtı Daşkənddə həmkarı Şavkat Mirziyoyevlə görüşəcək. Həmçinin iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün lazımi tədbirlər müzakirə ediləcək.

 

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

 

Qeyd edək ki, səfər çərçivəsində müxtəlif müqavilə və anlaşma memorandumlarının imzalanması gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar