Modern.az

Füzuli Məcidliyə “Dostluq” ordeni təqdim olundu

Füzuli Məcidliyə “Dostluq” ordeni təqdim olundu

Aktual

29 Mart 2022, 12:50

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Qazaxıstan Respublikasının prezidenti Kasım-Comərd Tokayevin  sərəncamına əsasən, II dərəcəli “Dostluq” ordeni ilə təltif olunub.

 

Modern.az xəbər verir ki, bu gün “Dostluq” ordenini həmyerlimiz Füzuli Məcidliyə  Qazaxıstanın xarici işlər nazirinin birinci müavini  Şaxrat Nurşev təqdim edib.

 

“Dostluq” ordeni ölkənin  həm sosial-iqtisadi və mədəni inkişafında, həm də xalqlar arasında  sülhün və dostluğun inkişaf etməsində aktiv fəaliyyət göstərən xadimlərə təqdim oluunur.

 

Beynəlxalq Türk Akademiyası 25 may 2010-cu ildə fəaliyyətə başlayıb.  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə quruma üzv ölkələrdir. Macarıstan isə təşkilatda müşahidəçi kimi təmsil olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı