Modern.az

Kadırov Rusiya-Ukrayna danışıqlarını faydasız sayır: “İşi bitirməliyik”

Kadırov Rusiya-Ukrayna danışıqlarını faydasız sayır: “İşi bitirməliyik”

Aktual

29 Mart 2022, 13:08

Çeçenistanın rəhbəri Ramzan Kadırov hesab edir ki, Rusiya Federasiyası ilə Ukrayna arasında Türkiyədə aparılan bugünkü danışıqlar real nəticə verməyəcək.

 

Modern.az-ın məlumatına görə, R.Kadırov özünün Telegram kanalında bildirib  ki, “Rusiya Federasiyası Ukrayna ərazisindəki “banderaçılar” və millətçiləri məhv etməli, xüsusi əməliyyatı başa çatdırmalıdır”.

 

"Türkiyədə gedən danışıqlar haqqında düşünürəm. Hesab edirəm ki, bu danışıqların heç bir faydası olmayacaq. İnanıram ki, biz başladığımız işi tamamilə bitirəcəyik: “banderaçılar”,  millətçilər və şeytanları məhv etməliyik. Yalnız bundan sonra nə edəcəyimizə qərar vermək lazımdır”, - deyə o bildirib.

 

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların yeni raundu çərşənbə axşamı İstanbulda başlayıb, görüş mətbuata bağlı olaraq Dolmabahçe sarayında keçirilir. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı