Modern.az

Ekspres avtobuslarla bağlı məlumat lövhələri yığışdırılacaq

Ekspres avtobuslarla bağlı məlumat lövhələri yığışdırılacaq

Aktual

29 Mart 2022, 13:52

Bakıda xüsusi karantin rejimi dövründə təşkil olunan ekspres avtobus xətləri ləğv olunsa da həmin marşrutları əks etdirən lövhələr qalmaqdadır. Bu da bəzi sərnişinlərdə çaşqınlıq yaradır.

 

Bakı Nəqliyyat Agentliyindən məsələ ilə bağlı Modern.az-a bildiriblər ki, həmin lövhələr yaxın vaxtlarda yığışdırılacaq:

 

"Ekspres xətlər xüsusi karantin rejimi dövründə Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilmişdi.

 

Daha sonra isə xüsusi karantin rejimi qaydalarında həyata keçirilən yumuşalmalar nəticəsində metropolitenin fəaliyyəti bərpa edildi və müvəqqəti olaraq həmin ekspres xətlərin fəaliyyəti dayandırıldı. Yaxın zamanlarda bu məlumat lövhələrinin yığışdırılması nəzərdə tutulub", - deyə agentlikdən qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı