Azərbaycanda palçıq vulkanlar ətrafında seysmik stansiyalar quraşdırılır.
Modern.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA- nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib.
Q.Yetirmişli qeyd edib ki, palçıq vulkanlarının dinamikası bu stansiyalar vasitəsilə öyrəniləcək.
Baş direktorun sözlərinə görə, palçıq vulkanları ətrafında quraşdırılması nəzərdə tutulan 12 seysmik stansiyadan 10 stansiya artıq quraşdırılıb: “Qalan 2 stansiyanın quraşdırılması işləri yaxın vaxtlarda başa çatdırılacaq”.