Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Milli Məclisin deputatı Anar Məmmədov, rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Hazırəhmədli kəndində səyyar görüş keçirib.
Modern.az xəbər verir ki, bir qrup kənd sakinlərini dinləyən icra başçısı və deputat mövcud problemlərin, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə məsələlərinin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirdilər.