Modern.az

Rusiya və Ukrayna rəsmiləri arasında maraqlı DİALOQ

Rusiya və Ukrayna rəsmiləri arasında maraqlı DİALOQ

Aktual

29 Mart 2022, 15:26

Türkiyədə görüşən Ukrayna və Rusiya nümayəndə heyəti arasında maraqlı dialoq yaşanıb.

 

Modern.az xəbər verir ki, iclasdan əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri, Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski stolun üstünə qoyulan şüşəni götürüb və onu incələməyə başlayıb.

 

Bu məqam Ukrayna nümayəndə heyətinin üzvü David Araxamianın diqqətini çəkib. 

 

"O, dezinfeksiyaedici məhluldur" - Ukrayna rəsmisi Medinskiyə söyləyib. Putinin köməkçisi isə “mən elə bildim araqdır”, - deyə ona cavab verib.

 

Təmsilçilərin bu dialoqu çətin danışıqların getdiyi masada təbəssümə səbəb olub.

 

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyədə görüş keçiriblər. Danışıqlar 3 saat davam edib. 

 

Fatma Abdulla

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı