Modern.az

Rusiya FIFA-nın Konqresinə qatılacaq

Rusiya FIFA-nın Konqresinə qatılacaq

Aktual

29 Mart 2022, 14:57

Rusiya Futbol İttifaqı FIFA-nın növbəti Konqresində iştirak edəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, martın 31-dəki toplantıda RFS-in nümayəndə heyətinə təşkilatın baş katibi Aleksandr Alayev rəhbərlik edəcək.

 

Ali futbol qurumu Konqresdə RFS-in üzvlüyünün dayandırılması məsələsinə baxa bilər.

 

Qeyd edək ki, FIFA və UEFA fevralın 28-də Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar