Modern.az

Ukraynanın təklifləri Putinə çatdırılacaq

Ukraynanın təklifləri Putinə çatdırılacaq

Aktual

29 Mart 2022, 15:56

Moskva gərginliyi azaltmaq üçün Kiyevə doğru iki addım atır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski İstanbul danışıqlarının yekunlarına dair açıqlamasında bildirib.

 

“Ukraynanın təklifləri ilə bağlı Putinə məlumat veriləcək. Rusiya Ukraynaya qarşı deeskalasiya üçün iki addım atıb. Putin və Zelenski arasında görüş razılaşma hazırlandıqdan sonra mümkündür”,- Medinski vurğulayıb.

 

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyədə görüş keçiriblər. Danışıqlar 3 saat davam edib.

 

Həmçinin oxuyun:

3 saatlıq İstanbul danışıqlarının DETALLARI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı