Modern.az

NATO XİN başçılarının iclası olacaq

NATO XİN başçılarının iclası olacaq

Aktual

29 Mart 2022, 16:00

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə NATO Baş katibinin sözçüsü Oana Luncesku bildirib.

 

Onun sözlərinə görə, Baş katib Yens Stoltenberqin sədrlik edəcəyi XİN başçılarının iclası aprelin 6-7-də Brüsseldə baş tutacaq.

 

Aprelin 7-də keçiriləcək iclasın birinci sessiyasında Avstraliya, Finlandiya, Gürcüstan, Yaponiya, Koreya Respublikası, Yeni Zelandiya, İsveç və Ukraynanın xarici işlər nazirləri, habelə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi iştirak edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı