Modern.az

"Açıq mikrofon" Şirvanda - FOTOLAR

Aktual

29 Mart 2022, 16:48

Bu gün "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası Şirvan şəhərində qurulub.

 

"Azəriqaz"dan Modern.az-a verilən məlumata görə, görüş zamanı Birliyin və Şirvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri aksiya iştirakçılarının problemlərini dinləyiblər.

 

Şirvan Telemexanika zavodunun əməkdaşı debitor borc səbəbindən zavodun qaz təchizatının dayandırıldığını bildirərək, müəyyən ödənişlər olunmaqla qaz təchizatının bərpa olunmasını xahiş edib.

 

Qeyd edilən müraciətlə bağlı "Azəriqaz" tərəfindən dərhal qərar verilib və zavodun qaz təchizatında yaranan fasilə aradan qaldırılıb.

 

Bildirilib ki, Birliyin əməkdaşları tərəfindən qeydə alınan digər müraciətlərə də həssaslıqla baxılacaq və müvafiq qərar veriləcək.

 

Bu gün təşkil olunan "Açıq mikrofon" aksiyası sayca ümumilikdə 49-cu, sakinlərlə isə 25-ci görüşdür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı