Rusiya-Ukrayna danışıqları sabah davam etdirilməyəcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Ukrayna ilə sülh danışıqları üçün İstanbula gələn Rusiya nümayəndə heyəti bu gün Moskvaya geri qayıdacaq.
Bundan əvvəl danışıqların iki gün olacağı bildirilmişdi.
Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyədə görüş keçirib. Danışıqlar 3 saat davam edib.