Modern.az

Ukrayna müharibədəki itkilərini niyə açıqlamır? - Arestoviç şərh etdi

Ukrayna müharibədəki itkilərini niyə açıqlamır? - Arestoviç şərh etdi

Aktual

29 Mart 2022, 17:18

Ukrayna hakimiyyəti Silahlı Qüvvələrin müharibədəki itkilərini niyə açıqlamadığına aydınlıq gətirib.
 

Modern.az xəbər verir ki, Ukrayna Prezidenti Aparatının müşaviri Aleksey Arestoviç bununla bağlı BBC-yə danışıb.

“Biz müharibə bitənə qədər həlak olan hərbçilərimizin adlarını açıqlamayacağıq... Çünki dünyada heç bir ordu müharibə zamanı verdiyi itkilərin adını çəkmir. Buna sadəcə icazə verilmir. Bu, ilk növbədə dövlət sirridir. İkincisi, düşmənə öz hərəkətlərinin effektivliyini qiymətləndirməyə kömək edə bilər”, - deyə o bildirib.

Arestoviç onu da vurğulayıb ki, Rusiya qoşunlarının itkiləri ilə bağlı rəqəmlər qarşı tərəfdən 10 dəfə azaldılır.

"Biz də yalan danışa bilərik. Biz yalnız ilk gün hava reydlərindən sonra qurbanların sayını dedik. Məlumat vermək lazım idi ki, ilk ölənlər artıq var - 46 nəfər həlak olub”.

Onun sözlərinə görə, müharibə zamanı belə məlumatları açıqlamaq sadəcə olaraq intihardır.

"Müharibədən sonra biz bu məlumatları hər bir şəxs üçün verəcəyik - bura Ukraynadır, burada heç nə gizlədilə bilməz, hətta biz bunu etmək istəsək də", - Arestoviç əlavə edib.

O bildirib ki, Ukraynanın itkiləri kifayət qədər böyükdür, amma ruslarınkından xeyli kiçikdir.

Ukrayna tərəfinin martın 29-da səhər saatlarına olan məlumatına görə, rus qoşunlarının şəxsi heyəti arasında ümumi döyüş itkiləri 17200 nəfər təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı