Modern.az

Apreldən aqronom və fermerlər üçün təlimlər keçiriləcək

Apreldən aqronom və fermerlər üçün təlimlər keçiriləcək

Aktual

29 Mart 2022, 17:44

Aprel ayından etibarən Azərbaycan-İsrail birgə Təlim Proqramı çərçivəsində aqronom və fermerlər üçün xüsusi təlimlərə başlanılacaq.

 

Modern.az xəbər verir ki, nəzəri və praktiki mövzuları əhatə edən xüsusi təlim modulu israilli və yerli mütəxəssislərdən ibarət işçi heyət tərəfindən hazırlanıb.

 

Apreldə keçirilməsi planlaşdırılan təlimlər tumlu və çəyirdəkli meyvələrin (alma, armud, gilas, nektarin, şaftalı və gavalı) becərilməsi, aqrotexniki qulluq və digər mövzuları əhatə edir. Fermerlərin tələbləri nəzərə alınaraq əsas təlim modulları xəstəlik və zərərvericilərlə mübarizə, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin düzgün tətbiqinə həsr olunub. Həmçinin, torpaqdan davamlı istifadə qaydaları, suvarma sistemləri və bitkilərin su tələbinin hesablanması, texnikalardan düzgün istifadə qaydaları, budama və digər tədbirlər haqqında fermerlərə ətraflı məlumat veriləcək.

 

Ümumilikdə 12 gün ərzində hər gün 3 saatlıq nəzəri və praktiki təlimlər təşkil olunacaq. Nəzəri təlimlərin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda, praktiki təlimlərin isə institutun və fermerlərin təsərrüfat sahələrində keçirilməsi nəzərdə tutulur. Bu təlim proqramının əsas məqsədi meyvə təsərrüfatlarında risklərin idarəedilməsi üsulları haqqında fermerlərlə beynəlxalq təcrübəni paylaşmaqdır. Təlim kursunu İsraildən dəvət olunan 4 mütəxəssis idarə edəcək. Təlim kursu ödənişlidir.

 

Təlimdə iştirak üçün əlaqələndirici şəxs: 

İbrahim Zulbalayev (Meyvəçilik və tərəvəzçilik şöbəsi)

e-mail: [email protected]

mob: +994 77 308 08 28

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı