Modern.az

Bakıda hər 10 nəfərdən 3-ü velosiped sürür

Bakıda hər 10 nəfərdən 3-ü velosiped sürür

Aktual

29 Mart 2022, 17:56

Bakı Nəqliyyat Agentliyi (BNA) "Nəqliyyat Könüllüləri"nin iştirakı ilə paytaxt sakinləri və velosipedçilər arasında Bakı şəhərində velosiped infrastrukturunun genişləndirilməsi ilə bağlı sorğu keçirib.

 

Bu barədə Modern.az-a qurumdan bildirilib.

 

Məlum olub ki, şəhər sakinlərinin 100%-i paytaxtda velosiped zolağına mütləq şəkildə ehtiyac olduğunu düşünür. Respondentlərin 27 %-i hər gün velosipeddən istifadə etdiklərini qeyd edib. Sorğu iştirakçılarının 97 %-i fikrinə görə, şəhərin digər küçələrində də velosiped zolaqları təşkil olunmalıdır. Şəhər sakinlərinin 94 %-i velosiped infrastrukturunun inkişaf edəcəyi təqdirdə, velosipeddən daha çox istifadə olunacağını bildirib. Eyni zamanda respondentlərin 78 %-i velosipeddən istifadə üçün mövcud infrastrukturun yetərli olmadığını düşünür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı