Ukrayna hərbi ittifaqlara qoşulmaqdan imtina edəcəyinə söz verib.
Modern.az xəbər verir ki, bunu Ukrayna ilə danışıqlarda iştirak edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
“Ukrayna hərbi ittifaqlara qoşulmaqdan, xarici hərbi bazaları, kontingentləri yerləşdirməkdən, zəmanətçi dövlətlərin, habelə Rusiyanın razılığı olmadan Ukrayna ərazisində hərbi təlimlər keçirməkdən imtina edir”, - deyə o qeyd edib.