Gürcüstanda dost ölkələrin adlarını müəyyən etmək məqsədilə sosioloji rəy sorğusu keçirilib. Rəyi soruşulanların böyük əksəriyyəti ABŞ, Ukrayna və Azərbaycanı Gürcüstanın əsas dostları hesab ediblər.
Modern.az xəbər verir ki, rəy sorğusunu “Qafqaz Tədqiqatları Resurs Mərkəzi – Gürcüstan” (CRRC) təşkilatı keçirib.
Təşkilatın “Qafqaz barometri” adlanan sorğusunun nəticələrinə əsasən, respondentlərin 28 faizi ABŞ-ı, 17 faizi Ukraynanı, 8 faizi isə Azərbaycanı Gürcüstanın əsas dostları hesab ediblər.
Bundan əlavə, rəyi soruşulanların 3 faizi Rusiyanı, 2 faizi isə Ermənistanı Gürcüstanın dostu adlandırıb.