Fevralın 24-dən indiyədək Ukraynadan Polşaya keçən qaçqınların sayı 2,35 milyon nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, müvafiq dövr ərzində Polşadan Ukraynaya 364 min nəfər keçib. Bu şəxslərin əksər hissəsi öz vətəninə geri dönən Ukrayna vətəndaşlarıdır. Onların bir qismi ailə üzvlərinə yardım etmək və könüllü kimi humanitar işlərdə fəaliyyət göstərmək, digər qismi isə ölkənin müdafiəsində iştirak etmək üçün Ukraynaya geri dönüb.