Modern.az

Zelenski İstanbul görüşünü yüksək qiymətləndirdi

Zelenski İstanbul görüşünü yüksək qiymətləndirdi

Aktual

30 Mart 2022, 08:31

Prezident Volodimir Zelenski Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilmiş danışıqları müsbət qiymətləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski vətəndaşlara növbəti videomüraciətində danışıb.

 

"Siqnalları müsbət adlandırmaq olar", - deyən Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri, kəşfiyyat və ölkənin müdafiəsində iştirak edən hər kəs xalqın və dövlətin sağ qalması üçün çalışan yeganə təminatdır.

 

Qeyd edək ki, ötən gün Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyədə görüş keçiriblər. Danışıqlar 3 saat davam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı