Goranboy şəhərində Şəhidlər Xatirə Kompleksinin yenidənqurulması işləri davam etdirilir.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, yeni layihə əsasında yenidənqurma və tikinti işləri aparılan Goranboy şəhəri Şəhidlər Xatirə Kompleksində olub, təqdim olunan layihə və memarlıq-arxitektura tələblərinə uyğun aparılan işlərin keyfiyyəti ilə maraqlandı, görüləcək digər işlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.