Modern.az

Türkiyə millisi İtaliyaya məğlub oldu - VİDEO

Türkiyə millisi İtaliyaya məğlub oldu - VİDEO

Aktual

30 Mart 2022, 09:58

Futbol üzrə Türkiyə millisi yoldaşlıq oyunu keçirib.

 

Modern.az əbər verir ki, "ay-ulduzlular" evdə İtaliya yığmasını qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda meydan sahibləri açıblar. Cengiz Ünder 4-cü dəqiqədə fərqlənib. 35-ci dəqiqədə Brian Kristante tarazlığı bərpa edib. Cəmi 4 dəqiqə sonra Cakomo Raspadori 2-ci topu Türkiyə millisinin qapısından keçirib. 22 yaşlı hücumçu 69-cu dəqiqədə dubl edib. Görüşdə son nöqtəni isə Serdar Dursun qoyub. "Fənərbağça"nın forvardı 83-cü dəqiqədə Çağlar Söyüncünün ötürməsini qola çevirib.

 

Qeyd edək ki, Türkiyə və İtaliya yığmaları pley-off mərhələsində müvafiq olaraq Portuqaliya və Şimali İrlandiyaya uduzaraq, DÇ-2022-dən kənarda qalıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı