Modern.az

Ukraynada öldürülən azərbaycanlıların sayı 10-a çatdı

Ukraynada öldürülən azərbaycanlıların sayı 10-a çatdı

Aktual

30 Mart 2022, 11:28

Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində 2 azərbaycanlı həlak olub.

 

Modern.az xəbər verir ki, hər ikis şəxs Ukrayna vətəndaşıdır.

 

Həlak olanlar Rauf Məmmədov və Ruslan Əhmədovdur.

 

Bununla da Ukraynada öldürülən azərbaycanlıların sayı 10-a çatıb.

 

Qeyd edək ki, ölkədəki son döyüşlərdə iki azərbaycanlı - Əlixan Ağayev, Xəlilov soyadlı şəxs yaralanıb. Onlar Ukrayna vətəndaşı olaraq, ölkənin suverenliyi uğrunda döyüşüblər.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı