Modern.az

Ermənilərin növbəti oğurluğu: Bu dəfə paxlavaya göz dikdilər

Ermənilərin növbəti oğurluğu: Bu dəfə paxlavaya göz dikdilər

Aktual

30 Mart 2022, 13:30

Azərbaycan xalqının mədəni irsi yüz illər boyu ermənilər tərəfindən “Gəldim, gördüm, mənimsədim” sxemi üzrə oğurlanıb. Ermənilərin əqli və maddi-mədəni oğurluqları Azərbaycanın və bölgənin tarixini təhrif etməklə müşayiət olunur.  

 

Modern.az xəbər verir ki, indiyə qədər erməni vandalizmi nəticəsində Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən 11 dünya əhəmiyyətli abidə dağıdılıb və qarət olunub. Erməni saxtakarlığı və plagiatlığı artıq bütün dünyaya məlumdur.

 

Ermənistan və erməni millətçiliyi yalnız Azərbaycan torpaqlarını işğal etmək, xalqımıza qarşı soyqırımları, müharibə cinayətləri törətməklə kifayətlənməyib. Tarix boyu xalqımıza məxsus milli, tarixi  və dini mədəniyyət nünunələri də ermənilər tərəfindən özününküləşdirilib.

 

Belə ki, indi də Azərbaycan mətbəxinin ləziz şirniyyatlarından olan, Novruzun simvolu sayılan paxlavanı ermənilər UNESCO-nun Qeyri-maddi mədəni irsinə daxil etmək istəyirlər. Hazırda bununla bağlı layihə Ermənistan hökumətinin müzakirəsinə təqdim edilib.

 

“Tavuş bölgəsinin icmalarında yabanı bitki və meyvələrin toplanması ənənəsi, çeçil pendirləri, paxlava, turşu hazırlanması Ermənistanın qeyri-maddi dəyərlər siyahısına əlavə olunacaq. Suriya ermənilərinin miqrasiyasının tətbiqi sənətin bu növünün populyarlaşmasına töhfə verib”,-  ermənilərin iddalarında deyilir.

 

Nəzərə çatdıraq ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2009-cu il 28 sentyabr – 2 oktyabr tarixlərində keçirilən dördüncü sessiyası zamanı “Novruz” çoxmillətli nominasiya kimi, eyni zamanda Azərbaycanın UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilib.

 

Bu gün bütün dünyaya məlumdur ki, paxlava Azərbaycanın qədim, özünəməxsus şirniyyat növlərindən biridir. Ermənilərin iddiaları həmişəki kimi əsassızdır və bu şirniyyatın Ermənistanın milli mətbəxi ilə heç bir əlaqəsi yoxdur. 

 

Qeyd edək ki, bundan əvvəl ermənilər dolma ilə bağlı da iddia qaldırmışdılar. Onlar azərbaycanlılara məxsus olan dolmanı dünyaya “erməni xörəyi” kimi təqdim etməyə çalışıblar, lakin istəklərinə nail olmayıblar. Beləliklə, dolmanın hazırlanması və paylaşılması ənənəsi, mədəni kimliyin göstəricisi 2017-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bununla da bu yeməyin ermənilərə yox, məhz azərbaycanlılara məxsus olduğu rəsmən təsdiqlənib. Təəssüf ki, ermənilər yenə öz xislətlərindən əl çəkmək niyyətində deyillər. Dolmadan sonra Azərbaycan paxlavasına əl uzatmaq onların köhnə peşələrinə (oğurluq) sadiqliyini göstərir. 

 

Bu gün erməni saxtakarlığını ifşa etmək yalnız Azərbaycan xalqının müdafiəsi naminə deyil, bütövlükdə, saxta erməni təbliğatını aradan qaldırmaq vəzifəsi olaraq qarşıya qoyulub və bu istiqamətdə lazımi işlər həyata keçirilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı