Modern.az

Abşeronda QƏZA - Qaz kəsildi

Abşeronda QƏZA - Qaz kəsildi

Aktual

30 Mart 2022, 12:28

Bu gün səhər saat 09:30-dan etibarən Abşeron rayonunun Saray qəsəbəsinə təbii qazın verilişində fasilə yaranıb.

 

Bu barədə Modern.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, fasiləyə səbəb qəsəbədən keçən magistral qaz kəmərində sızma aşkarlanmasıdır:

 

"Bu səbəbdən "mavi yanacaq" təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda qəzanın nəticələri aradan qaldırılır. İşlər başa çatan kimi qazın verilişi bərpa ediləcək. Fasilənin maksimum iş gününün sonuna qədər davam edəcəyi gözlənilir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...